Aynur Toleubayeva
9 ay əvvəl - 1 Dakika, 4 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Qazaxıstan Rohanca Qaçqınlarına İnsani Yardım Etdi

Banqladeşə müvəqqəti olaraq yerləşən Rohanca qaçqınlarına 18 apreldə Qazaxıstan tərəfindən insani yardım edildi.

Qazaxıstan höküməti 2017-ci ilin sonunda, Rohanca qaçqınlarına insani yardım etmək üçün təxminən yarım milyon dollar ayırdı. Qazax səfiri çıxışında bölgədə qaçqın sayının bir milyondan çox olduğunu söylədi.

Qazaxıstan Rohanca Qaçqınlarına İnsani Yardım Etdi

Rohancalar (rohinca) - etnik Benqal müsəlmanlarıdır. XIX - XX əsrin başlarında Birma əyaləti Arakana yerləşən Rohanca müsəlmanları, Arakan əyalətinin əhalisinin çoxunu təşkil edir. 

1942-ci ildən günümüzə qədər buddistlərlə çıxan qarşıdurmaların 2017-ci ilin payızından etibarən qorxunc həddə çatmasıyla yarım milyondan çox Rohancalı Banqladeşə qaçdı. BMT statistikalarına görə təxminən 700 min nəfər ölkəni tərk etdi və yaşadıqları qorxu səbəbiylə geri qayıtmaqları bir neçə il çəkə bilər. 

Türkiyə Cümhuriyyəti dövlət başçısı Rəcəb Tayyib Erdoğan, Qazaxıstan Xarici İşlər naziri Kayrat Abdraxmanov ilə bölgədə yaşanan faciəylə bağlı keçirdiyi görüşdə, Qazaxıstanın Rohanca xalqına etdiyi yardımları üçün təşəkkürünü bildirdi.

Mənbə: zakon.kz, ca-news.org