Qazaxıstanlı Üzgüçü Öz Rekordunu Təzələdi
Qazaxıstanlı üzgüçü Dmitriy Balandin İspaniyanın Açık Su Üzgüçülük çempionatında özünə aid dünya rekordunu yeniləyərək üç ayrı kateqoriyada qızıl medalın sahibi oldu.

Çempionat 6-10 aprel 2018 tarixində İspaniyanın Malaqa şəhərində baş tutdu. Qazaxıstanlı idmançılar yarışa Asiya Olimpiadaları 2018-in hazırlıq prosesləri çərçivəsində qoşuldu.
Balandin, yarışın yarı finalında ''Kişilər 200 m qurbağalama'' kateqoriyasında etdiyi 2:10.96 saniyəlik rekordunu, finalda 2:09.31 saniyəyə çatdıraraq yenilədi.
İdmançı sonrakı gün keçirilən 50 m müsabiqəsini birinci olaraq tamamladı. Eyni kateqoriyada digər Qazaxıstanlı üzgüçü Aybek Kamzenov isə 0:28.56 saniyə ilə üçüncü sırada yer aldı.
Dmitriy Balandin üçüncü qızıl medalını 100 m-lik qurbağalama kateqoriyasında əldə etdi. Beləcə idmançı yarışın qurbağalama kateqoriyasının bütün üç qızıl medalına sahib oldu.
Dmitriy Balandin 2016 Rio Olimpiada Oyunları ''Kişilər 200 m qurbağalama'' kateqoriyasında Qazaxıstana üzgüçülük növündə ilk qızıl medalı qazandırmışdı.
Mənbə: vesti.kz.