Dilek Özdemir
1 il əvvəl - 2 Dakika, 5 Saniye

Qədim dövrün gözəl qoxular diyarı Faselis

Qədim dövrün gözəl qoxular diyarı Faselis

Qədim dövrün məşhur liman şəhəri Faselis e.ə. 42-ci ildə Bürütüs tərəfindən Romaya birləşdirilmiş və Bizans dönəmində yepiskopluq mərkəzi olmuşdur. Rodoslular tərəfindən isə e.ə. 693-cü ildə liman şəhəri olaraq qurulmuşdur. Şəhərdə dəniz ticarəti ən önəmli gəlir qaynağı idi. Faselis əski dönəmlərdə su ehtiyacını quyu və sisternlərlə qarşılayanda Roma dönəmində şəhərin şimalındakı bir qaynaqdan su kəmərləriylə Hadrianus Agorasının arxasındakı təpəyə su gətirilir, buradan döngə və kanallarla şəhərin içinə paylanılırdı.

Qədim dövrün gözəl qoxular diyarı Faselis

Şəhərin əsas xarabalıqları hərbi limanla cənub limanı bir-birinə birləşdirən əsas küçənin hər iki tərəfində yerləşir. 125 metr uzunluğunda 20–25 metr enliyində olan əsas küçənin hər iki yanında üç-üç pilləylə çıxılan səkilər var. Küçə ortada bir meydanı əmələ gətirərək cənub limanına uzanır. Daşlarla döşənən bu küçənin altında kanalizasiya və drenaj sistemi vardır.

Faselis qədim şəhərində üç liman mövcuddur. Bununla yanaşı orta və cənub limanı bir-birinə birləşdirən sütunlu liman küçəsi, küçənin dəniz tərəfində kiçik bir təpəyə belini söykəmiş teatr, Roma hamamı, bazar yeri, təpədəki akropol (əski Yunan şəhər dövlətlərində, əsasən bir təpə üstündə yerləşən, divarlarla əhatələnmiş, içərisində sarayın əhəmiyyətli tikililəri və məbədlərin olduğu iç qala), su kəmərləri və Hadrianusun şəhəri ziyarəti əsnasında şərəfinə tikilən Hadrian qapısı, qədim şəhərin gəzməyə layiq qalıntıları arasındadır.

Qədim dövrün gözəl qoxular diyarı Faselis

Hal-hazırda yerli və xarici turistlərin bir günlük gəzinti yeri olan Faselisin bitki örtüyü zəngin olduğu üçün tarixdə "ətir anbarı" olaraq da tanınır.

Faselisin içərisi və ətrafı şam ağacları ilə dolu olduğu üçün yayın ən isti günlərində belə sərindir. Bu baxımdan da əski şəhəri rahatlıqla gəzə bilər, təbiətindən zövq ala bilərsiniz. Faselisin dənizi də olduqca gözəldir. Ovsunlayıcı üç qoyundan arzu etdiyinizi seçib təbiətin və dənizin keyfini çıxara bilərsiniz. Təbiətin son dərəcə əliaçıq davranaraq tarix, mədəniyyət, təbiət və dənizi sizlərə təqdim edən bu tarixi şəhərini gəzməlisiniz.