Chingiz Baimurzaev
1 il əvvəl - 46 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Qırğızıstan Dövlət Başçısı Sooronbay Ceenbekov Ankarada

Bu gün Qırğızıstan dövlət başçısı Sooronbay Ceenbekov Ankaraya gəldi. Ceenbekov və heyətini Ankara Esenboğa Havalimanında Türkiyənin baş nazir köməkçisi Hakan Çavuşoğlu qarşıladı.

Qırğızıstan Dövlət Başçısı Sooronbay Ceenbekov Ankarada

Günortadan sonra, saat 16:45-də dövlət başçısı Rəcəb Tayyib Erdoğan, prezident sarayında Qırğızıstan dövlət başçısı Sooranbay Ceenbekovu rəsmi mərasimlə qarşılayacaq. Daha sonra sarayda iki dövlət başçısı baş-başa görüş keçirəcəklər. Sonrasında anlaşmaların imzalanması mərasimi və ortaq mətbuat toplantısı keçiriləcəyi bildirilir. Saat 19:00-da prezident sarayında Ceenbekovun şərəfinə rəsmi axşam yeməyi veriləcəkdir.

9-10 aprel tarixlərini əhatə edən bu ziyarət çərçivəsində iki ölkə arasındakı yatırımların qorunması, idman, kənd təsərrüfatı və digər sahələrdə ikili anlaşmalar imzalanacaq. Ceenbekovun ziyarəti 11 apreldə Belçikada davam edəcək.