Chingiz Baimurzaev
9 ay əvvəl - 49 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Qırğızıstan Dövlət Başçısı Türkiyəyə Gəlir

Qırğızıstanın dövlət başçısı Sooronbay Jeenbekov 9-10 aprel tarixləri arasında Türkiyədə rəsmi ziyarətdə olacaq.

Qırğızıstan Dövlət Başçısı Türkiyəyə Gəlir

Prezident administrasiyası xarici siyasət şöbəsinin müdiri, Daniyar Sıdıkov, keçirdiyi mətbuat toplantısında, Ceenbekovun, dövlət başçısı Rəcəb Tayyib Erdoğan ilə ikili və heyətlər arası görüşlərdə olacağını bildirdi.

Ziyarət çərçivəsində iki ölkə arasındakı yatırımların qorunması, idman, kənd təsərrüfatı və digər sahələrdə ikili anlaşmalar imzalanacaqdır.

Ceenbekovun həmkarı Rəcəb Tayyib Erdoğanla yanaşı Baş nazir Binali Yıldırım və TBMM sədri İsmayıl Kahramanla da ikili görüşlər keçirəcəyi bildirildi.

Qarşıdakı həftə baş tutacaq bu səfər, Ceenbekovun Qırğızıstanın dövlət başçısı kimi seçildikdən sonra Türkiyəyə edəcəyi ilk rəsmi ziyarət olacaq. Dövlət başçısının ziyarəti Türkiyədən sonra Belçikada davam edəcək.