Qırğızıstanda Hökumət Dəyişdi
Qırğızıstanın 28-ci baş naziri Sapar İsakovun rəhbərliyindəki hökumət idarəçilikdən düşürüldü.

Dünən axşam məclisdə hökumətin 2017-ci il hesabatının uğursuz olması səbəbiylə ümumi qurultayda hökumətə etibarlılıq səsverməsi yenidən keçirildi.
Qırğızıstan Milli Məclisindəki 117 millət vəkilindən 102-si də etibarsızlıq lehinə səs verdi. Etibarlılıq lehinə səs verən millət vəkillərinin sayı isə 4 oldu.
Məclisin İsakovun rəhbərliyindəki hökumətin düşürülməsiylə bağlı qərar, bu gün dövlət başçısı Sooronbay Ceenbekov tərəfindən təsdiqləndi.
Sapar İsakov və hökumət üzvlərinin, Qırğızıstanda yeni hökumət qurulana qədər vəzifələrinə davam edəcəkləri ifadə edildi.
Qırğız məclisində günortadan sonra keçirilən yeni koalisiya görüşləri nəticəsində müxalifət Ata-Yurd-Cümhuriyyət partiyasının koalisiyaya qoşulduğu bildirildi.
Köhnə dövlət başçısı Almazbek Atambayevin dəstəyi ilə baş nazirlik vəzifəsinə gələn Sapar İsakov, ölkənin 27 illik müstəqillik tarixində 28-ci baş naziri oldu. İsakovun kabineti özü kimi gənc üzvlərdən ibarət olması və iqtisadi uğursuzlıqları ilə tənqid edilirdi.