Chingiz Baimurzaev
1 il əvvəl - 1 Dakika, 18 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Qırğızıstanda III Dünya Köçəri Oyunlarının Hazırlıqları Başladı

Bu il üçüncüsü həyata keçiriləcək Dünya Köçəri oyunları üçün hazırlıqlar başladı.

Qırğızıstanın baş nazirliyinə bağlı Gənclik İşləri, Bədən Tərbiyəsi və İdman Dövlət Agentliyi Nazirliyinin verdiyi məlumata görə, bu il 2-8 sentyabr tarixləri arasında keçiriləcək fəaliyyət üçün 7 əsas növ müəyyənləşmişdir. At yarışları, at oyunları, güləş yarışları, intellektual yarışlar, döyüş, oxçuluq, ovçuluq kimi yeddi növün içində 37 fərqli ənənəvi oyun yer alacaq. 

Qırğızıstanda III Dünya Köçəri Oyunlarının Hazırlıqları Başladı

III Dünya Köçəri oyunları çərçivəsində, 14 ölkənin ənənəvi idman oyunlarıyla yanaşı Türkiyəyə xas oxçuluq, atlı oxçuluq, manqala və aba güləşi kimi idman növlərində müsabiqələr keçiriləcək.

Türk Dilli Ölkələr Əməkdaşlıq Şurası üzvləri olan Qırğızıstan, Qazaxıstan, Türkiyə və Azərbaycan dövlət başçıları, 2012-ci ildə Bişkekdəki Türk Şurası Zirvəsində "I Dünya Köçəri Oyunları"nın Qırğızıstanda keçirilməsini qərarlaşdırmışdı. Bunun nəticəsində fəaliyyətin ilki 2014-cü ildə 16 ölkənin, ikincisi isə 2016-cı ildə 58 ölkənin iştirakıyla həyata keçdi. Dünya Köçəri oyunlarında Türk Dövlətləriylə yanaşı Avropa, Amerika və Afrika qitələrindən də bir çox ölkə yer alır.

Dünya Köçəri Oyunlarının əsas sponsoru 2015-ci ildə Qırğızıstanda qurulmuş Dünya Etnikspor Konfederasiyasıdır.