Akmaral Tuganova
11 ay əvvəl - 1 Dakika, 16 Saniye
traz
en
kk
ky
uz
ru
tk

‘’Qızıl Geyimli Adam’’ Moskvada Sərgilənir

Qazaxıstanın milli simvollarından biri olan, XX əsrin əhəmiyyətli arxeoloji tapıntısı ''Qızıl Geyimli Adam'' Moskvadakı ''Ulu Çöl Mirası: Zərgərlik Sənətinin Şah Əsərləri'' sərgisində yerini tutacaq.

‘’Qızıl Geyimli Adam’’ Moskvada Sərgilənir

''Ulu Çöl Mirası: Zərgərlik Sənətinin Şah Əsərləri" sərgisi, Rusiya Dekorativ-Tətbiqi və Xalq Sənətləri Muzeyində ''Dünya Muzeylərində Qızıl Geyimli Adam'' beynəlxalq sərgi layihəsi çərçivəsində baş tutur.

Bundan əlavə tədbirdə Qazaxıstan Milli Muzey Fondunun b.e.ə. VII - III. əsrlərə aid qızıl əşyalar kolleksiyası, təxminən 170 gümüş parçadan ibarət qadın daş-qaş və bəzək əşyaları sərgilənəcək.

''Dünya Muzeylərində Qızıl Geyimli Adam'' layihəsinin 2020-ci ilə qədər Asiya, Avropa və Müstəqil Dövlətlər Birliyi ölkələrində və Amerikada həyata keçirilməsi planlanır. 

Moskvadakı sərgi 2018-ci ilin 4 aprel - 13 may tarixləri arasında ziyarətə açıq olacaq.

Qazaxıstan sərhədləri xaricinə ilk dəfə 2017-ci ildə çıxarılan ''Qızıl Geyimli Adam'', '' Dünya Muzeylərində Qızıl Geyimli Adam'' layihəsinin ilk dayanacağı olan Belarusiya Milli İncəsənət Muzeyində sərgilənmişdir.

''Qızıl Geyimli Adam'' 1969-1970-ci illərdə Qazaxıstanın Almatı şəhərinin Esik kəndində aparılan qazıntılar zamanı tapılmışdır. Bu əsər, Saxa dönəminə (b.e.ə. V əsr) aid bir kurqandan çıxardılmışdır. Geyim-keçimi tamamilə qızıldan tikilmiş əsgərin gənc Saxa şahzadəsi olduğu bildirilmişdir.