Sevde Kalafat
1 il əvvəl - 2 Dakika, 28 Saniye

Ren geyikləriylə yaşayan xalq Duhalar

Monqolustanın şimalındakı tayqalarda (iynə yarpaqlı meşə) yaşayan Duhalar, Ren geyikləriylə olan dostluqları və köçəri həyat tərzləri ilə diqqət çəkirlər. Duhalar alaca öy "dirək evi" dedikləri çadırlarda yaşayırlar. Qıpçaq qrupundan olan ləhcə ilə danışan bu xalq, ovçuluq və yığıcılıqla məşğuldur, təbiətlə harmoniya içində yaşayır. Yemək mədəniyyətlərində isə çeşidlilik yoxdur. Çörək, böyük mantı, tərəvəz, qızardılmış makaron, səhərlər içinə süd qatılmış çay ilə qidalanır, maral ətini qurudur yaxud suda saxlayırlar.


Ren geyikləriylə yaşayan xalq Duhalar


Atalarının, Tuvadan Ren geyikləriylə birlikdə buraya gəldikləri təxmin edilir. Bu heyvanlara olan bağlılıqları isə aşkardır. Ətindən, südündən, gücündən istifadə edirlər. Ren geyiklərinin yox olmasının qarşını almaq üçün üç geyikdən birini ovlayırlar, lakin bu da geyiklərin nəslini qorumaq üçün kifayət etmir. Maralların nəslini davam etdirə bilmək üçün 1986-cı ildə Rusiyadan iyirmi ədəd şimal maralı gətirilmiş, amma bu da onların yox olmasının qarşısını ala bilməmişdir. 

Ren geyikləriylə yaşayan xalq Duhalar

Yazın bitməsiylə payız obalarına köç başlayır, köç üçün yola ilk çıxanın başçılığıyla xalq daha ağaclıq bir bölgədə iki aylıq həyata uyğunlaşmağa başlayır. Şamanizmə sıx bağlı olan duhalar, şamanizmdə təbiətin müqəddəs qəbul edilməsi səbəbiylə ona böyük hörmət bəsləyir və təbiətdən ehtiyac hiss etdiklərindən çoxunu almırlar. Çayları çirkləndirmək yaxud kənarında qurban kəsib qanını suya axıtmaq böyük bir günah sayıldığından qanın suya qarışması halında çaydan üzr diləyərək ona süd təqdim edilir. Monqolustanın ən kiçik etnik qrupu olan bu xalqın köçəri qismi 200 nəfər, ümumi əhalisi isə 500-dür. Duhaların bir qismi "Akgöl" deyə adlandırdıqları, monqolca adı "Sagannur" olan kənddə oturaq həyata davam edir. Burada məktəbə gedən uşaqların, gənclərin Duhan dilini bilməmələri və öyrənmək istəməmələri dilin yox olma müddətinə girdiyini göstərir.  Duhan mədəniyyəti Monqol mədəniyyətiylə qarışmış vəziyyətdədir. Duhaları monqollardan ayıran ən əhəmiyyətli xüsusiyyət heç şübhəsiz, yüksək yamaclarda şimal maralı yetişdirərək köçəri bir həyat keçirməkləridir. Duhalarla bağlı ən ətraflı araşdırma 2012-ci ildə Atlas jurnalı yazıçısı Selcen Büyüküstelə aiddir. Büyüküstel, iki aya qədər Duhalarla yaşamış, həyatlarıyla əlaqədar əhəmiyyətli məlumatlar əldə etmiş və sənədli film çəkmişdir.


Ren geyikləriylə yaşayan xalq Duhalar


Hər dil və mədəniyyət sonsuza qədər var olmağa layiqdir. Ümid edirəm ki Duhan dili və mədəniyyəti də dünya üzərində əbədi olaraq yaşayacaqdır ...