Rabiya Arcan
1 il əvvəl - 2 Dakika, 20 Saniye

Rəngarənk atmosferiylə Bişkek bazarı

Qırğızıstan (digər rəsmi adı ilə -Qırğız Respublikası) Orta Asiyanın böyük iki dağ silsiləsi: Tanrı Dağları (Tyan-Şan) və Pamir arasında yerləşir. Qırğızıstanın dörd ölkə ilə sərhədi vardır: Çinlə cənub və cənub-şərqdən, Qazaxıstanla şimaldan, Özbəkistanla qərbdən, Tacikistanla cənub-qərbdən. Yerləşdiyi coğrafi bölgə sayəsində ticarətdə özünü inkişaf etdirib, Asiyanın ən böyük xalq bazarlarından biri olan Dordoy Bazarını qurmuşdur. 1990-cı ildə açılan bu nəhəng bazar, günümüzə qədər fəaliyyət göstərir. 100 hektar sahədə yerləşən bazarda, təxminən 40.000 satış yeri var. Dordoyda təxminən 55 min adam işləyir.


Rəngarənk atmosferiylə Bişkek bazarı


Bazarların fərqli bölmələri: geyim, ayaqqabı, mebel, elektrik və elektron cihazlar, oyuncaqlar, avtomobil materialları, inşaat materialları və s. daxil olmaq üzrə müxtəlif istehlak malları sahəsində ixtisaslaşmışdır. Bəzi ərzaq növləri də (məsələn, fabrikdə qablaşdırılmış konserv məhsullar və ya şirniyyat) Dordoyda satılmaqdadır.

Dordoyda satılan malların bir çoxu, yerləşdiyi yerin təsiri ilə Çindən gəlir. Tayland və Avropadan gələn geyimləri, Rusiyadan və Avrasiyadaki digər ölkələrdən gələn musiqi, CD və bənzəri elektron alətləri və digər məhsulları da bazardan tapa bilərsiniz.

Bazarda işləyən və alver edən bir çox insan qırğızca danışsa da ticarətdə istifadə edilən ana dil ruscadır.


Rəngarənk atmosferiylə Bişkek bazarı


Dordoy Bazarı Ticarət və Müəssisələr Dərnəyi Başçısı Sergey Ponomorevin açıqlamasına görə bu günə qədər Dordoy bazarının illik ticarət həcmi ilə bağlı bir araşdırma edilməmişdir. Dünya Bankı araşdırmalarına görə, 2009-cu ildə bazarın illik ticarət dövriyyəsi 4 milyard dollar olaraq qiymətləndirilmişdir. Bazarın cari ticarət həcmi isə 3,5 milyard dollar hesablanır.

Dordoy Bazarı bir neçə kiçik alt bazardan ibarətdir: Junhay (Çin malları bazarı), Dordoy-Ford (avtomobil ehtiyat hissələri bazarı), Muras İdman (idman alətləri bazarı), Oberon (yerli geyim atelyeləri bazarı), Kerben (ayaqqabı topdan satış bazarı), Alkanov və Co. (yerli geyim atelyeləri bazarı), Dordoy Vostok (Türkiyə və digər ölkələrdən gələn mallar bazarı) və Ak-Suu (Türkiyə və digər ölkələrdən gələn malların topdan satış bazarı) (bu alt bazarlar ən önəmliləridir).


Rəngarənk atmosferiylə Bişkek bazarı


Bişkekin yerli əhalisi çox vaxt bazarlığı Dordoydan edir. Bunun ən böyük səbəblərindən biri yüzlərlə növ məhsul və fərqli brend tapmaq imkanı, qiymətlərin hər kəsə uyğun olmağıdır. Dordoyda dolaşsanız təkcə yerli əhaliylə deyil, bu bazara alış-veriş etmək üçün başqa şəhərlərdən və ölkələrdən gələn insanlarla da qarşılaşa bilərsiniz. Yolunuz Bişkekə düşsə bu rəngli bazarı gəzmədən getməyin.