Rus-Qırğız İnkişaf Fondu ilə Türk Eximbank Arasında Müqavilə

Qırğızıstan - Türkiyə iqtisadi əməkdaşlığının artırılması üçün önəmli bir addım atıldı. Qırğızıstanda qurulan Rus-Qırğız İnkişaf Fondu Türk EximBank ilə müqavilə imzaladı. Rus-Qırğız İnkişaf Fondunun sədri Bakıt Kurmanbekova, Türk-Qırğız iş dünyası üçün önəmli bir fürsət yarandığını və bu müqavilənin qırğız iş adamlarına Türkiyədən avadanlıqların alınmasında rahatlıq təmin edəcəyini bildirdi.
Kurmanbekova normallaşma dönəminə girən Türk-Qırğız qarşılıqlı əlaqələrində bu əməkdaşlığın yaxın zamanda müsbət nəticələr verəcəyinə inandığını dilə gətirdi.
Mənbə: İHA