Türkan Hüseynova
1 il əvvəl - 1 Dakika, 12 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Rusiya ilə Azərbaycan arasında dəniz turları təşkil olunacaq


“Moskva Çay Gəmiçiliyi” ASC-nin baş direktoru Konstantin Anisimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-in birgə görüşünün sonunda Rusiya ilə Azərbaycan arasında dəniz turlarının təşkilinə dair memorandum imzalanıb. “AXDG” QSC-nin sədri Rauf Vəliyev Xəzər dənizində sahilyanı ölkələrin iştirakı ilə gəmi turlarının təşkilinin ölkələr üçün böyük perspektiv vəd etdiyini bildirdi. Bu layihə ilə təkcə Xəzəryanı ölkələrdən deyil, ABŞ, Avstraliya, Avropa və Çindən olan turistləri də cəlb etmək mümkün olacaq. Memoranduma əsasən, 2019-cu ilin sonuna kimi hazırda tikilməkdə olan 310 sərnişin tutumuna malik “Pyotr Velikiy” gəmisi ilə Bakıya turistlərin səfəri təşkil ediləcək. Kruiz layneri vasitəsilə sərnişinlər Qara dənizə, Rusiyanın liman şəhərlərinə, Xəzəryanı ölkələrə səyahət edə biləcəklər.


Rusiya ilə Azərbaycan arasında dəniz turları təşkil olunacaq


Səfərlər üçün ilkin mərhələdə Həştərxan-Bakı marşrutu araşdırılacaq. 2020-ci ilədək isə turların əhatə dairəsi genişləndiriləcək. Bu məqsədlə tərəflər Qara dəniz limanları, Rusiyanın daxili suları, Həştərxan və Xəzər dənizindəki digər limanların, Moskva-Bakı, Həştərxan Maxaçqala-Bakı, Bakı-Ənzəli-Nouşehr-Türkmənbaşı-Aktau-Həştərxan, Rusiya-Həştərxan-Bakı arasında dairəvi reyslərin təşkili ilə bağlı araşdırma aparacaqlar.

Mənbə: baki-xeber.com