Rusiyada Azərbaycan Ticarət Evi Açılacaq
Rusiyanın Həştərxan vilayətində tikilən Azərbaycan Ticarət Evi 2018-ci ilin sonuna qədər açılacaq. Ticarət Evində əsasında Azərbaycan tekstil məhsulları satılacaq.
Rusiyanın Həştərxan vilayətində 2018-ci ilin sonuna qədər Azərbaycan Ticarət Evi açılacaq. Xəbəri Həştərxan qubernatoru Aleksandr Jılkin regional toplantıda açıqladı. Azərbaycan Ticarət Evində Azərbaycan toxuma və tekstil məhsullarının satılması planlaşdırılır. Azərbaycan Biznes Mərkəzinin müdürü Regina Feyzullayeva Ticarət Evində məhsulların toptan və pərakende olmaqla 2 şəkildə satışının gerçəkləşəcəyini bildirdi.

Bundan əvvəl Ukraynada (Kiyev şəhərində), Belarus və Latviyada Azərbaycan Ticarət Evləri açılmışdı.
Mənbə: report.az