Türkan Hüseynova
1 il əvvəl - 5 Dakika, 49 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Sosyalist ve Turancı Mirseyid Sultan Qaliyev

Sosyalist ve Turancı Mirseyid Sultan Qaliyev

Kimdir Mirseyid Sultan Qaliyev? 

Mirseyid Sultan Qaliyev Tatar kökənli fikir adamı, siyasətçi, Qaliyevzm və ya Milli Komunizmin qurucusudur. 1917-ci il Bolşevik Qiyamının dörd böyüyündən (Lenin, Stalin, Troçki) biridir. Mirseyid Sultan Qaliyevin əsas fəlsəfəsi millətçilik, vətənsevərlik, Türkçülük, Turançılıq və Sosializmdi. Həyatına dair ən çox məlumat, 1923-cü ildə özünün qələmə aldığı “Mən kiməm” başlıqlı avtobioqrafiyasında yer alıb.

Həyatı

Mirseyid Sultan Qaliyev 13 iyul 1892-ci ildə de Mirseyid Heydər Qaliyevin 12 uşağından biri kimi, bu gün Rusiya Federasiyasının sərhədləri içində olan Başqırdıstan Respublikasının Sterlitamak şəhərində doğuldu. İlk təhsilini doğulduğu kənddə alan Qaliyev, 1907-ci ildə Kazanda Tatar Pedaqogika İnstitunda təhsilinə davam etdi. 1912-ci ilin yazında Moskvada Yaz Pedaqogika kurslarına getdi, qayıdıb Tatar kəndlərində müəllimlik etdi. Bir müddət Ufada bələdiyə kitabxanasında işləyən Sultan Qaliyev o müddətdə rus ədəbiyyatı klassikalarını tatar və başqırdcaya çevirirdi.

Dövlət idarəsi mücadiləsini qazanan Stalin aktiv fəaliyyətinə görə Sultan Qaliyevi özünə rəqib olaraq görürdü və onu 1940-cı illərdə edam etdi.

Sosyalist ve Turancı Mirseyid Sultan Qaliyev
Xanımı Fatma Erzin və İsmayıl Kərimcanov Firdevs ilə birgə, 1919

Fəaliyyətləri

Kazan, Ufa, Bakı şəhərlərində jurnalist olaraq işləyən Qaliyev 1915-ci ildə Azərbaycan milli hərəkatına qoşuldu. Bakıda Məmməd Əmin Rəsulzadənin çıxardığı "Açıq Söz"də işlədikdən sonra menşeviklərin yayınladığı Bakı qəzetində "Müsəlman dünyasından xəbərlər" səhifəsini hazırladı. Yenə bu dönəmdə bir çox xarici əsəri Tatar Türkçəsinə çevirdi.

1917-ci il inqilabı dönəmində Bakıda olan Sultan Qaliyev Müsəlman Konqresinin İcraiyyə Komitəsinin Katibliyi üçün çağrıldığı Moskvaya getdi, konqresdən sonra Kazana keçdi. Beləcə aktiv şəkildə siyasi həyata başladı. 1917-ci ildə Rus Komunist Partiyasına girərək müsəlmanlarla əlaqəli vəzifələrə keçdi. Vətəndaş müharibəsinin davam etdiyi dönəmlərdə 6 Avqust 1918-ci ildə Sibirden Moskvaya irəliləyən Beyaz Ordu Kazanı elə keçirdi. Kazanda dayana bilmeyen Müsəlman Qızıl Ordunun komandirliyini üzərinə alan Sultan Qaliyev Kazana hücum edib 10 sentyabrda şəhəri geri aldı. Beləcə Qaliyev Beyaz Ordunun Moskvaya gedişini durdurdu. Beyaz Orduya qarşı vuruşan, V və II Qızıl Ordunun komandiri Frunze, bu zəfərlə "Siz Türklər qiyamın ən etibarlı əsgərləri olduğunuzu qanlı mücadilələrdə isbat etdiniz" açıqlamasını vermişdi. Daha sonra Sovet Səfiri ünvanıyla Türkiyəyə gedərək Mustafa Kamal Paşaya "Beyaz Orduya qarşı Türklərlə çiyin-çiyinə savaşdıq." demişdi.

Sosyalist ve Turancı Mirseyid Sultan Qaliyev

Rus bolşevikləri vətəndaş müharibəsində uğurlar çıxmış, Rus liderlər arasında hakimiyyət mübarizəsini Stalin qazanmışdı. 17 yanvar 1918-ci ildə Stalinin başçılığında NARKOMNATS-a (Millətlər Xalq Komisarlığı) bağlı MÜSKOM (Müsəlman Komssarlığı) quruldu və başqanlığına Molla Nur Vahidov gətirildi. Qaliyev MÜSKOM-un Kazan təmsilçisi oldu.

1919-cu ildən etibarən Sultan Qaliyev Rusiyadaki Müsəlmanların həm felən və həm də rəsmi öndəriydi. MÜSKOM o dönəmdə 26 şəhərdə şöbə açmış və 4 ayrı Türk dilində 10 fərqli qəzet çıxarmışdı. Müsəlman Qızıl Ordunun əsgər sayı da 200 mini aşmışdı.

Lenin başda olmaqla bir çox bolşevik lider, Türk xalqları arasında bolşevik təşkilatlanmasının sürətlə yayıldığını görüp MÜSKOM-un bir neçə tələblərini qəbul etdi:

  1. Kazandaki Tatarlar üçün önəmli yerə sahib Süyüm Bikə Minarəsinin Tatarlara verilməsi;
  2. Petroqrad Millî Kitabxanasındakı Osman bin Affana aid Kuran-ı Kərimin MÜSKOM-a hədiyyə verilməsi;
  3. Rusların Tataristanı işğalının simvolu olan ve Rus əsgəri qərargahına çevrilən tarixi Ufa Karvansarayının sivil idarəetməyə təslimi.

23 mart 1918-ci ildə NARKOMNATS, Çarlıq müddətində ayrı əyalətlərdə yaşamış tatar və başqırdların Tatar-Başqırd Cümhuriyyətində birləşdirilməsi qərarını verdi. Vətəndaş müharibəsinin qızışması nədəniylə bu qərar gerçəkləşmədi.

19 noyabr 1918-ci ildə Kazan qarşıdırmalarında Molla Nur Vahidov öldürüldü. Bu hadisə Sultan Qaliyevin yolunu açsa da o, mücadiləsində tek qalmışdı. 1923-cü ildə həbs edildi, amma partiyasındakı xidmətlərinə görə azad edildi. Qaliyevi bundan sonra Rus Gizli Xidməti izləyirdi, bəzi fəaliyyətlərinə məhdudiyyətlər gətirilmiş, iyun-iyul aylarında Kazanda keçirilməli olan çeşidli toplantılar qadağan edilmişdi. Qaliyev III Kongredə Tatarların da "Millətlərin öz müqəddəratını təyin etmək hüququ"na sahib olduğunu bildirərək referandum keçirilməsini istədi. Referandum qərarı alınsa da seçmə haqqı sadəcə proletariat təmsilçilərinə verildi və Tatar, Başqırdlar əsasən kəndlərdə yaşadığı üçün belə bir referandumda rusların qazanacağı bilinirdi. Bir neçə vəzifəsi alınan Qaliyev redaktorluq və tərcüməçilik üçün müraciət etdiyi işlərdən müsbət cavab ala bilmir, günahsızlığını irəli sürərək partiyaya geri qəbul edilməsi üçün etdiyi müraciətlərin hamı Stalin tərəfində rədd edilirdi.

Sosyalist ve Turancı Mirseyid Sultan Qaliyev

Ölümü haqqında ziddiyyətlər

Qaliyev ikinci dəfə 1928-ci ildə tutuldu. Bundan sonra tutulması və ölümünə dair müxtəlif fikirlər ortaya atıldı. 1930-cu illərdə sürgün həyatı yaşadığı, 1941-ci ildə İkinci Dünya Müharibəsi səbəbiylə bağışlandığı, Tatarlardan ibarət ordu qurub Nazilərə qarşı savaşdığı bu iddialar arasında.

SSRİ-nin dağılmasında sonra açıqlanan KQB sənədlərinə görə Sultan Qaliyev 1931-ci ilin yanvarına qədər həbsdə qalıb və Şimal Buz Dənizindəki Solovk adasındakı həbsxanaya göndərilmişdir. 1933-cü ilin martında cəzası sürgünə çevrilmiş, üçüncü dəfə həbs edilərək 1937-ci ilə qədər Saratovda sürgün həyatı yaşamışdır. 8 dekabr 1939-cu ildə ölüm cəzası verilimiş, 28 yanvar 1940-cı ildə Moskvadaki Lefortovo Həbsxanasında güllələnərək edam edilmişdir. Bəzi mənbələr bu məlumatları da etibarlı saymır.

Sosyalist ve Turancı Mirseyid Sultan Qaliyev
Edamdan öncə çəkilmiş son resmi

Hədəfləri

Sultan Qaliyevə görə Türk xalqları gerçək sosialist mübarizənin ən önəmli nöqtəsiydi. Türk xalqları olmadan dünya inqilabını gerçəkləşdirmək mümkün deyil. Çünkü Türk xalqları həm coğrafi, həm də qərblə təmasda cəbhə mövqeyində yerləşməsi baxımından və sahib olduqları təbii zənginliklər səbəbiylə qərb kapitalizminin qidalandığı yer üzərindədir. Qərbin şərqi istismar etmək üçün istifadə etdiyi damarlar Türk torpaqlarından keçir. Bu istismarçı damarların kəsilməsi üçün Türkçülük etmək şərtdir. Sultan Qaliyevin ən böyük xəyalı bütün dünyaya hökm edən dövlət qurmaqdı. O dövlətin adı ise Turandı. Qurmak istədiyi Sosyalist Turan Cumhuriyeti bütün şərq dünyası üçün qalxan vəzifəsi oynacaqdı.