Türkan Hüseynova
8 ay əvvəl - 54 Saniye
trazen
kk
ky
uz
ru
tk

Süni Zəkaya Sahib Robot "Sofiya" Azərbaycana Gəlir

Dünyanın ən ağıllı və ilk dəfə Səudiyyə Arəbistandan vətəndaşlıq alan süni zəkaya sahib insanaoxşar robotu "Sofiya" 27 oktyabrda Azərbaycana gələcək.

Süni Zəkaya Sahib Robot "Sofiya" Azərbaycana Gəlir

27-28 oktyabrda Keepface DMCC və FA International Trade Events şirkətinin əməkdaşlığı ilə Bakıda “Global Influencer Day” tədbiri keçiriləcək. Tədbirdə Google, Microsoft, Forbes və İnstagram kimi məşhur dünya şirkətlərinnin top “influencer” menecerləri də çıxış edəcəklər.

Tədbirdə ağıllı robot "Sofiya"nın da çıxışı baş tutacaq. İştirakçıların ona nə kimi suallar verəcəyi və "Sofiya"nın onlara necə cavab verəcəyi də maraqla gözlənilir.

"Sofiya"nın insanlarla göz təması qurmağı və insanları tanımağı üçün kameraları və özəl program sistemi var. Bu robot-humanoid 2016-cı ildə "Hanson Robotix” şirkəti tərəfindən hazırlanmıştır.

Davos Zirvəsində "Ukrayna Evi"nə dəvət edilən dünyanın ən ağıllı robotu "Sofiya"ya Ukrayna heyəti üzvlərindən biri "Ukraynada rüşvəti necə aradan qaldıra bilərik?" sualını soruşduğu zaman, robotun prosessuru donmuşdu.