TANAP-la Türkiyəyə ilk təbii qaz nəqli 2018-ci ildə həyata keçəcəkdir
Azərbaycan təbii qazını Türkiyəyə və qardaş ölkədən də Avropaya nəql edəcək Trans-Anadolu təbii qaz boru kəmərinə (TANAP) sınaq məqsədiylə ilk təbii qaz 2018-ci ilin yanvar ayında göndəriləcəkdir. Bu haqda açıqlama verən TANAP-ın baş direktoru Saltuk Düzyol, “Sınaq və istismara hazırlıq üzrə təbii qazın qəbulu 2018-ci ilin iyun ayının sonuna qədər davam edəcəkdir. Türkiyəyə kommersiya məqsədli ilk təbii qaz 2018-ci ilin iyul ayının 1-də veriləcəkdir” deyə bildirdi.

İlk mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyar kubmetr təbii qaz veriləcəkdir. Daha sonra 3 il içində bu həcm 6 milyar kubmetrə çatdırılacaqdır. Xəzər dənizinin Azərbaycan sektorunda “Şahdəniz-2” neft yatağından çıxarılan təbii qaz Türkiyəyə və oradan Avropaya nəql ediləcəkdir. Bu günə qədər TANAP layihəsinin 88%-i tamamlanmışdır.
Mənbə: xalqcebhesi.az