Burak GÜRAN
1 il əvvəl - 49 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Tarixi Hamam Muzeyə Çevrildi

Türkiyənin Malatya şəhərinin mərkəzi rayonu Battalqazidə 1800-cü illərdə tikilmiş tarixi “Taxtalı Minarə Hamam”ı varisləri tərəfindən sökülüb inşaat işləri görüləndə, Battalqazi Selahattin Gürkanın araya girməsiylə iki əsrlik tarixi hamam muzeyə çevrildi.

Tarixi Hamam Muzeyə Çevrildi

Bələdiyyə başçısı Gürkan, 40 varisi bir-bir tapıb xaraba halındakı hamamı satın alıb ictimailəşdirərək muzeyə çevirdiklərini, keçmiş dönəmlərə aid hamam tasları, sabunlar, tərliklər və əşyaların sərgilənəcəyi muzeydə, hamam mədəniyyətinin gələcək nəsillərə çatdırılacağını söylədi. Bərpası tamamlanan məkanın 'Hamam Muzeyi və Mədəniyyət Mərkəzi' olaraq bu ay açılışını edib xidmətə açıq olacağını bildirdi.

Hamam, varislərinə ödənən pul, bərpası və daxili dizaynıyla birlikdə ümumilikdə 5 milyon lirə dəyərində məbləğ tutmuşdur. Hamam, Gömrük və Ticarət naziri Bülent Tüfenkcinin iştirak edəcəyi mərasimlə 14 apreldə açılacaq.