Taylandda Mağarada Qalan Uşaqların Hamısı Qurtarıldı
Taylandın şimalındakı Çianqray əyalətində 23 iyundan bu yana mağarada qalan 12 uşaq və məşqçilərini xilasetmə işləri uğurla başa çatdı.

Taylandda məşqçiləri ilə birlikdə girdikləri mağaranın musson yağışları səbəbiylə sular altında qalmağıyla orada qapalı qalan 12 uşağın hamısı məşqçiləri ilə birlikdə xilas edildi.
Qurtarılan uşaqlar vertolyotlarla ətrafdakı xəstəxanalara göndərildi. Uşaqlar infeksiya riskinə qarşı ailələrinə bir şüşə pəncərənin arxasından göstərildi.
B vitamini verilən, serum taxılan və quduzluğa qarşı peyvənd edilən uşaqların sağlamlıq vəziyyətlərinin yaxşı olduğu açıqlandı.
Bir həftəlik hazırlıqdan sonra 50-si beynəlxalq olmaqla 90 dalğıcın qoşulduğu xilasetmə əməliyyatı olduqca çətindir. Dalğıclar mağaranın içindən normalda 4-5 saatda çıxa bildikləri halda, uşaqlarla birlikdə bu müddət 9 saata çıxır.

Uşaqların olduğu yer, mağaranın təxminən beş kilometr içindədir. İki ayrı nöqtədə dərin su gölməçələri, 40 santimetrə qədər darlaşan tunellər əməliyyatı çətinləşdirirdi.
Əməliyyat boyunca hər uşağı iki dalğıc müşayiət edir və öndəki dalğıc uşağın oksigen balonunu daşıyır.
Dünyanın maraqla izldədiyi bu fövqəladə hadisə və xilasetmə əməliyyatı tarixə düşdü.