Dr. Atasağun
1 il əvvəl - 6 Dakika, 59 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Türkiyənin Cumhuriyyətdən belə köhnə 10 müəssisəsi

Bu yazımızda  94-cü ilini yaxın zamanda qeyd edəcəyimiz Cumhuriyyətdən belə köhnə 10 müəssisəni sizin üçün topladık. 

1- Hacı Bəkir lokumları - 1777 

Türkiyənin Cumhuriyyətdən belə köhnə 10 müəssisəsi

Kastamonunun Araç qəsəbəsindən İstanbula gələrək 1777-ci ildə Bahçekapı səmtində açdığı kiçik şəkərçi dükanında, lokum, akide şəkəri və s. qənnadı məhsullarını şəxsən emal edib satmağa başlayan və daha sonra 1817-1820-ci illər arasında həcc vəzifəsini yerinə gətirməsiylə Hacı Bəkir olaraq xatırlanacaq olan, Şəkərçi Hacı Bəkir Əfəndi, bu gün dörd fərqli əsr və beş qitənin damaqlarında dolaşan bir keçmişə sahibdir. 

2- Ziraat Bankı Mithat Paşa 1863 

Türkiyənin Cumhuriyyətdən belə köhnə 10 müəssisəsi

Osmanlı İmperatorluğuna bağlı Yuqoslaviyanın Niş şəhərinin valisi olan Mithat Paşa, müxtəlif sahələrdə uğurlu işlərdə iştirak etmiş, cütçülərin çətin şərtlərdə işlədiklərinin şahidi olmuşdur. Araşdırmalarıyla, bu sahədə təşkilatlanmağın zəruri olduğunu və cütçülərin sələmçilərin əlindən qurtulmağı üçün dövlət köməyinin lazım olduğunu, ancaq bu yardımın xalq hərəkatıyla dəstəklənməyinin daha faydalı olacağı qənaətinə gəlir. Beləcə 1863-ci ildə cütçülərin meydana gətirdiyi qaynaqla, Mithat Paşa rəhbərliyində dövlət əliylə və dövlət himayəsində qurulan, "Məmləkət sandıqları" adını verdiyi təşkilat milli bankçılığın ilk nümunəsi olaraq tarixə keçir və bu təşəbbüs bugünkü Ziraat Bankının təməlini meydana gətirir. 

3- İskəndər Mehmetoğlu 1867

Türkiyənin Cumhuriyyətdən belə köhnə 10 müəssisəsi

1867-ci ildə Bursa Kayhanda dünyaya yayılacaq bir ləzzətin təməlləri qoyulur. Hekayə, Mehmet oğlu İskəndər Əfəndinin Bursa Kayhandakı dükanlarında başlayır. O günlərdə quzu bir bütün olaraq və yerə paralel şəkildə odun kömürlü bir ocaqda bişirilir. Ancaq İskəndər Əfəndi quzu ətinin fərqli hissələrinin özünəməxsus ləzzətlərinin müştərilərə bərabər nisbətdə paylanmasını təmin etmək üçün həll yoları axtarmağa başlayır, bu düşüncədən yola çıxaraq, ət bişirmə ustası bir ailədən gələn İskəndər Əfəndi, quzu ətini sinir və sümüklərindən ayırır, şaquli çubuğa qat-qat yerləşdirir və hazırladığı dik bir ocağın qarşısında çevirərək odun kömürü ilə bişirir. Pide, xüsusi kərə yağı, sous, qatıq, pomidor, yaşıl bibər əlavəsiylə daha da təkmilləşən, yanında şıra (üzüm suyundan əldə edilən bir içki) ilə təqdim edilən bu kabab növünün şöhrəti İskəndər adıyla dildən-dilə yayılmağa başlayır.

4- Quruqəhvəçi Mehmet Əfəndi 1871 

Türkiyənin Cumhuriyyətdən belə köhnə 10 müəssisəsi

XIX əsrdə Türk qəhvəsi əksəriyətən çiy tum olaraq satılır, evlərdə tavada qovrulduqdan sonra əl dəyirmanlarında çəkilir və içilirdi. 1871-ci ildə işi atasından təhvil alan Mehmet Əfəndi, çiy tum qəhvəni qovurub dibəkdə üyüdərək müştərilərinə hazır şəkildə satmağa başladı və İstanbul Tahmis küçəsində təzə qovrulmuş qəhvə qoxusu ətrafa yayıldı. Mehmet Əfəndi müştərilərinə təmin etdiyi bu rahatlıq sayəsində, bir müddət sonra "Quruqəhvəçi Mehmet Əfəndi" ləqəbiylə xatırlanmağa başladı. 

5- Vəfa Bozaçısı 1876 

Türkiyənin Cumhuriyyətdən belə köhnə 10 müəssisəsi

Hacı Sadiq Bəy evinin altında öz imkanları ilə düzəltdiyi bozasını (boza arpa, buğda, qarğıdalı kimi taxıllı bitkilərdən mayalanıb turşlaşdırılan qatı maye halındakı içkidir) altı il boyunca qış gecələri saray və ətrafında, çiynində daşıdığı mis səhənglərlə dolaşaraq tanıdır. Hacı Sadiq Bəy, artan tələb qarşısında cəsarətlənir və dövrünün saraylı, aristokrat ailələri ilə bürokratlarının qaldığı İstanbulun ən məşhur səmtlərindən biri olan Vəfada, 1876-ci ilin sentyabr ayında boza məhsulunun dünyadakı ilk rəsmi ticarətxanasını açır. Vəfa səmtində açılan bozaçının adı "Vəfa Bozaçısı" olur və bu milli içki məhsuluna həm bir standart gətirilir, həm də bir peşə halına gələrək nəsillər boyu davamlılığı təmin edilir. Hacı Sadiq Bəy, çox maraqla qarşılanan bu xüsusi türk içkisinin tərkibini və ləzzətini qorumaq üçün illər boyu şəxsən özü istehsal edir. Daha sonrakı illərdə, oğlu İsmail Hakkı Vəfayla birlikdə Vəfa Bozaçısı istehsalına davam edirlər. Hacı Sadiq Bəylə başlayan istehsal, bu gün 4-cü nəsil ailə fərdləri ilə davam edir. 

6- Komili 1878 

Türkiyənin Cumhuriyyətdən belə köhnə 10 müəssisəsi

Komilinin əhvalatı 1878-ci ildə Midilli adasında başlayır. O illərdə Osmanlı torpağı olan adada yaşayan Komili Həsən, Midilli adasında sabun və zeytun yağı istehsal edərək dolanışığını təmin edir. Ailə, Lozanna sazişindən sonra dəyişməyə əsasən Ayvalığa köçür və Komili brendinin əhvalatı burada davam edir. Brend anlayışının daha söz mövzusu belə olmadığı bu illərdə, Həsən Komili "keyfiyyətsiz məhsulla alıcını bir dəfə, özünü əbədi olaraq aldadarsan" deyərək yola çıxır və nəsillər boyu davam edəcək Komili brendinin toxumlarını səpir.

7- Rebul 1895 

Türkiyənin Cumhuriyyətdən belə köhnə 10 müəssisəsi

Rebul apteki, 1895-ci ildə Cen Sezar Rebul tərəfindən İstanbul Beyoğlunda Grande Pharmacie Parisienne - Böyük Paris apteki adıyla qurulur. Osmanlının son dönəminə şahidlik edən və günümüzə qədər qurulduğu yerdə fəaliyyətini davam etdirən tək aptekdir.

8- Tarixi Sarıyer Börəkçisi 1895 

Türkiyənin Cumhuriyyətdən belə köhnə 10 müəssisəsi

Tarixi Sarıyer Börəyin keçmişi 1895-ci ilə söykənir. Osmanlı Dövlətinin qıtlıq dövrlərinə təsadüf edən 1890-cı illərdə qurulan Sarıyer Börəkçisi Türkiyənin ən əski ailə şirkətlərindəndir. Sarıyer Börəyinin xüsusiyyəti isə üzərinə pudra şəkəri tökülərək yeyilməsidir.  

9- Hamidiye su 1902 

Türkiyənin Cumhuriyyətdən belə köhnə 10 müəssisəsi

1898-ci ildə İstanbulu keyfiyyətli içməli su ilə təmin etmək məqsədiylə II Abdulhəmidin əmri ilə bir komissiya yaradılır. Layihəyə görə Kırkçeşme müəssisələrinin şərq qolu üzərində və Kemerburqazın cənub-şərqindəki Karakemer və Kovukkemer ətrafındakı bulaqlar 20 su xəzinəsində toplanır və çirklənilməsinə mane olmaq üçün bu su xəzinələrinə dəmir qapılar vurularaq kilidlənir. Müəssisənin böyük hissəsi 1900-cu ildə tamamlanır. Suyun verilməsi və qəbulu tarixi isə 26 may 1902-ci ildir. Bütün Osmanlı su müəssisələrində sular bişmiş gildən hazırlanmış künk boruların içindən axıdılır. Bu zaman ilk dəfə Hamidiye suyunda tökmə dəmir borulardan istifadə edildi. Sular bu borular içərisindən təzyiqlə axıdılaraq klapan ilə şəbəkədə manevr etmə imkanı əldə edir. Hamidiye suyu, qurulduğu gündən etibarən, bulaqlar vasitəsilə İstanbul əhalisinə çatdırılırdı. Ancaq zaman içərisində istər şəhərin böyüməsi, istərsə də sebillərin (sebil məscidlərə bitişik şəkildə tikilmiş, qarşılıqsız olaraq içmə suyu paylayan daş tikilidir) dağılmasıyla bu xidmətin, qurulduğu vaxtdakı kimi küçə sebillərindən verilməsi qeyri-mümkün hala gəldi. 1979-ci ildən etibarən su butılkalara doldurularaq xalqa çatdırılmağa başlandı. Müəssisə, hal-hazırda İstanbul Böyükşəhər Bələdiyyəsinin bir iştirakçı şirkəti olan Hamidiye Qaynaq Suları A.Ş. tərəfindən işlədilir.

10- Koska Hacı Emin Bəy 1907 

Türkiyənin Cumhuriyyətdən belə köhnə 10 müəssisəsi

Koskanın keçmişi 1900-cı illərin başında Dənizlidə Hacı Emin Bəyin fəaliyyət göstərdiyi halvaçı dükanına qədər gedib çıxır. Baba məsləyini davam etdirən Halil İbrahim Adil Dindar 1931-ci ildə oğulları ilə birlikdə İstanbula gələrək Koska səmtində bir dükan açır, zaman içində istehsal etdikləri halva və şirniyyatların dadı ilə məşhurlaşır. Yerləşdikləri səmtə görə Koskadakı Halvaçı olaraq adlanmağa başlayır və daha sonra bu ləqəbi öz brendi kimi qeydiyyatdan keçirir. 1974-cü ildə Topkapıda qurulan fabrikdə halvayla yanaşı lokum, mürəbbə və koz halvası (adını Koz adasından olan halvaçıdan almışdır) istehsalına da başlanır.