Sevde Kalafat
1 il əvvəl - 1 Dakika, 34 Saniye

"Türkiyənin ən gözəl yolunun" kədərli hekayəsi

Muğla ilə Marmarisi bir-birinə bağlayan şirin Gökova diyarının Akçapınar kəndində yüzlərlə evkaliptlərlə əhatə olunmuş bir yaşıl dəhliz olan bu yol, Sevgi Yolu adlanır. Minlərlə turist tərəfindən ziyarət edilib fotoşəkillər çəkilən, teleserial və filmlərə mövzu olmuş bu yolun əhvalatı bir az kədərlidir əslində. 

"Türkiyənin ən gözəl yolunun" kədərli hekayəsi

1938-ci ildə Gökova əhalisi və kənd nəzarətçisinin əl-ələ verməsiylə əkilmişdir bu ağaclar. O illərdə bataqlıq olan bölgədə çox sayda ağcaqanad olması səbəbiylə qızdırma epidemiyası yayılmışdı. Kəndliləri canından bezdirən qızdırma bir çox insan itkisinə də səbəb olmuşdu. Kənd nəzarətçisinin 7 qız uşağından 4-ü qızdırma səbəbiylə həyatını itirmişdi. Son uşağı oğlan olunca kənd nəzarətçisi, oğlunun şərəfinə kənd əhalisinə bir söz verdi; bu bataqlığı qurudub qızdırma xəstəliyinə son verəcək. Kənd nəzarətçisi yerli əhali ilə birlikdə bu vəziyyəti şəhər valisinə danışışdır, lakin ağacı tapmaq elə də asan olmamışdı. Bölgədə yaşayan bir yazıçının mövzuya qatılmasıyla Avstraliyadan yüzlərlə evkalipt fidanı gətirilmişdir. Ağaclar böyüdükcə bataqlıq qurumuş və ağcaqanadların kökü kəsilmişdir.

Hal-hazırda bu yol Türkiyənin ən gözəl yolu olaraq tanınır. Ağaclar təxminən 20 metr boyundadır. Fidanların gətirilməsi üçün köməkçi olan yazıçı Halikarnas Balıqçısıdır. Kənd nəzarətçisinin oğlu isə Halikarnas Balıqçısının mənəvi oğlu professor Şadan Gökovalıdır.

Mənim də sizlərə tövsiyəm bu təbiət möcüzəsi olan yolda bir neçə dəqiqəliyinə də olsa dayanıb həm təbiət gözəlliyini görünüz, həm də hekayəsini duyunuz...