TÜRKSOY ilə ADPU arasında "Əməkdaşlıq Protokolu" imzalandı
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti ( ADPU) arasında "Əməkdaşlıq Protokolu" imzalandı. Protokolu, TÜRKSOY adından Baş Katib Prof. Düsen Kaseynov və ADPÜ adından rektor Prof. dr. Cəfər Cəfərov imzaladı. TÜRKSOY və ADPU arasındaki əməkdaşlığın ilk addımı olaraq universitetdə TÜRKSOY bölməsi açıldı.

TÜRKSOY nəşrləri ilə zəngin xüsusi otaqdan ibarət olan TÜRKSOY bölməsində, universitetin tədris heyəti və tələbələrin iştirakı ilə toplantı keçirildi.
Azərbaycan Dövlət Pedaqoji Universitetindəki tədbirə Türkiyə Cumhuriyyətinin Başkonsulu Erkan Özoral və Qazaxıstan Respublikası Başkonsolluğunun təmsilçiləri qatıldı.
Mənbə: www.turksoy.org