Rabiya Arcan
1 il əvvəl - 1 Dakika, 7 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Türk Otelçilər Rusiyadan Gələn Turist Sayında 15%-lik Artım Gözləyir

Türkiyənin turizm sektoruyla bağlı gözləntilər açıqlandı: Rusiyadan 6 milyon turist və Almanyadan 5 milyondan çox turist gözlənilir.

Türk Otelçilər Rusiyadan Gələn Turist Sayında 15%-lik Artım Gözləyir

Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlu, Türkiyəyə ən çox turistin gəldiyi 2014-cü ili turizm nəticələrini (38 milyon) 2018-ci ildə keçməyi qarşılarına məqsəd qoyduqlarını bildirdi.

Türk Xarici İşlər nazirinə görə, bu il turizm sahəsindəki böyümə sadəcə yaz dönəmi sayəsində olmadı, xarici turistlərin turlara, səhiyyə turizminə və idman turizminə olan maraqlarının da bunda təsiri oldu.

Çavuşoğlu, "Bütün bu turizm çeşidləri il boyunca ölkə üçün işləyəcək. Bu il sadəcə Asiya ölkələrindən deyil, Avropa, Latın və Şimali Amerika ölkələrindən də gələn turistlərin sayının artacağına inanırıq" dedi.

Türkiyə Otelçilər Federasiyasının (TÜROFED) idarə heyəti başçısı Osman Ayrık, rezervasiyalardakı böyümənin Türkiyənin bütün tətil bölgələrində görüldüyünü, ən çox sıxlıxın Antalyada olduğunu bildirdi. O, ''2017-ci ilin nəticələri 2018-ci ilin nəticələriylə qarşılaşdırıldıqda bu ilin eyni dönəmi içində 50% artım qeydə alınmışdır'' dedi.

Ayrıca 2018-ci ildə xarici turistlərin 40 milyona çatması və 2014-cü ildəki nəticələrin keçilməsi planlanır.