Chingiz Baimurzaev
11 ay əvvəl - 1 Dakika, 16 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Türk Şurası Bişkekdə Toplanacaq

Dünən 9 apreldə prezident sarayında Qırğızıstan dövlət başçısı Sooronbay Ceenbekov ilə Türkiyə Cümhuriyyəti dövlət başçısı RəcəB Tayyib Erdoğanın iştirak etdiyi mətbuat toplantısında Erdoğan, Türk Şurasının (Türk Dilli Ölkələrin Əməkdaşlıq Şurası) bir sonraki zirvəsininin Bişkekdə keçirilməsi təklifiylə çıxış etdi. 

Türk Şurası Bişkekdə Toplanacaq

Qırğızıstanın bəhsi keçən zirvəni yüksək səviyyədə təşkil edəcəyinə inandığını bildirən Erdoğan, “Qırğızıstanın bu zirvəni uyğun səviyyədə keçirəcəyinə və bu tədbirin başqanı kimi iştirakçılarına layiq bir açıqlama verəcəyinə inanıram.” deyə bildirdi.

Ayrıca, Qırğızıstan dövlət başçısı Sooronbay Ceenbekovun ziyarətinin iki dövlət tarixində yeni bir səhifə açacağına və iki ölkənin əməkdaşlığında yeni bir sürət qazandıracağına olan səmimi inancını dilə gətirdi.

Türk Dilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası), Türk dilli ölkələr arasında əhatəli əməkdaşlıq yaratmaq məqsədiylə beynəlxalq bir təşkilat olaraq 2009-cu ildə qurulmuşdur. Türk Şurasının qurucu üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədir. Özbəkistan və Türkmənistan hələki üzv olmasalar da təşkilatın tədbirlərində müşahidəçi kimi iştirak edir.