Türkiyədə Turist Marşrutu Naxçıvana qədər Uzana Bilər
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Azərbaycan xəbər agentliyi AZERTAC-a açıqlamasında Türkiyənin şərq bölgələrinə olan tur paketlərinə Naxçıvana səfərin də əlavə edilə biləcəyini söylədi.
Türkiyə ilə Naxçıvan arasında iqtisadiyyatın bütün sahələrində əməkdaşlıq üçün imkanların olduğunu bildirən səfir, turizm sahəsində də əlaqələrin inkişafının önəmini vurğuladı.

Türkiyənin şərqinə, özəlliklə, Qars və Iğdıra turist axınlarının çoxaldığı bir dönəmdə bu tur marşrutunun Naxçıvana qədər uzadılması mümkündür.
Tarixi, təbii gözəlliyi, abidələri, duz mağaraları nəzərə alınanda Naxçıvanın turistlər üçün böyük maraq mərkəzi olacağını söyləyə bilərik.
Mənbə: www.azertag.az