Sevde Kalafat
11 ay əvvəl - 1 Dakika, 2 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Türkiyənin İlk və Tək Qaya Məscidi "Daş Məscid"

Türkiyənin ilk və tək qaya məscidi özəlliyini daşıyan Daş Məscid, Karamanın Taşkale kəndində ziyarətçilərini gözləyir.

Türkiyənin İlk və Tək Qaya Məscidi "Daş Məscid"

Keçmiş Roma və erkən Bizans dönəmlərinin mərkəzlərindən biri olan Taşkale kəndi, qayalara oyulmuş taxıl anbarlarıyla diqqət çəkir.

Daş Məscid isə daş bir divarın oyulması ilə tikilmiş bir ibadət yeri, müsəlmanların buraya yerləşməsi nəticəsində məscidə çevrilmiş, taxta bir bölməsi olan məscidin mehrabı da qaya oyması şəklində düzəldilmişdir. Kvadrata yaxın planlı harim (girilməsi qadağan olunan müqəddəs yer) altlı üstlü dörd pəncərədən işıq alır. Harimin yarısını örtən taxta mahfil (barmaqlılarlarla ayrılmış yer) mərtəbəsi də mövcuddur. Kilsədən məscidə çevrildiyi üzərinə fikir birliyi var. 

Kəndin tarixi quruluşuyla şəhərin önəmli turizm nöqtələrindən biri olduğunu ifadə edən Karaman Mədəniyyət və Turizm müdiri Abdullah Kılıç, məscidin ibadətə açıq olduğunu və kəndə gələnlərin gəzib görə bilməsi üçün bağlanmadığını söylədi.

Ən çox 150-200 nəfərin ibadət edə bildiyi məscid, tamamən insan əliylə oyularaq tikilmişdir.