Türkan Hüseynova
1 il əvvəl - 48 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Türkiyənin Müdafiə Nazirinin Müavini Bu Gün Gəncəyə Gələcək

Türkiyənin müdafiə nazirinin müavini Şuay Alpay Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün bu gün Gəncəyə gələcək.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral məlumat verdi. Şuay Alpay ana tərəfdən əslən Azərbaycanlıdır. Onun babası (anasının atası) Məhəmməd Qasım bəy 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin üzvlərindən olub və Azərbaycanın Milli Qəhrəmanıdır. 

Türkiyənin Müdafiə Nazirinin Müavini Bu Gün Gəncəyə Gələcək

1920-ci ildə bolşeviklərin işğalı zamanı Gəncənin müdafiəsi Məhəmməd Qasım bəyə tapşırılmışdı. Bolşeviklər Azərbaycanı işğal etdikdən sonra da o, silahını yerə qoymur və dağlara çəkilərək 1932-ci ilədək bolşeviklərə qarşı mübarizə aparır. Xalq arasında qaçaq Məhəmməd Qasım bəy kimi tanınan bu şəxs sonradan Türkiyəyə mühacirət etmişdir.

Mənbə: report.az