Türkmən Cüdoçu Tbilisi Grand Prix 2018-də Ölkəsini Uğurla Təmsil Etdi
Türkmənistanlı cüdoçu Gülbadam Babamuratova, 30 mart -1 aprel tarixləri arasında Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Beynəlxalq Grand Prix 2018 turnirində bürünc medal qazandı.

Qadınlar arasında cüdo yarışında 52 kiloda turnirə qoşulan Babamuratova, gürcüstanlı və israilli rəqiblərini məğlub edərək, medal yolunda əmin addımlarla irəlilədi. Final yarışına çıxa bilməyən türkmən idmançı, bürünc medal yarışında amerikalı rəqibi Anjelika Delqadoya qalib gəldi.
Tbilisi Grand Prix 2018 beynəlxalq turnirində Türkmənistanı 5 idmançı; Batır Qurbanyazov, Parahat Beşimov, Tecen Tecenov, Batır Hocamuhammedov və Gülbadam Babamuratova təmsil etdi.
Grand Prix turniri, idmanın cüdo növündə böyük əhəmiyyət verilən beynəlxalq bir turnirdir. Tiflisdə 30 mart -1 aprel 2018 tarixləri arasında keçirilən turnirdə 38 ölkədən 302 cüdoçu iştirak etdi.
Mənbə: Atavatan Türkmənistan