Gülalek Annamuradova
1 il əvvəl - 2 Dakika, 4 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Türkmən Mədəniyyətində Atların Yeri

Bu gün Türk coğrafiyasında (Türkdilli xalqların yaşadığı yerlər), xüsusilə, Orta Asiyada atlar hələ də qədim əhəmiyyətini qoruyur. Türkmənlərdə atın önəmini bilməyən yoxdur. At fiquru Türkmənistan dövlət gerbində də əks olunub. Türkmənistanda hər il aprel ayının son bazar günü “ At Bayramı” kimi qeyd edilir. Dünyadakı ən gözəl at cinslərindən biri olan Ahaltəkənin vətəni də Türkmənistandır.

Türkmən Mədəniyyətində Atların Yeri

Digər bir çox Türk boyundan fərqli olaraq türkmənlərdə at əti yeyilmir. Kaşgarlı Mahmudun “ At Türkün qanadıdır” sözü türkmənlərdə “At adamın qanadıdır” şəklində yaşayır. 

“At bəsləmək xan bəsləmək”

“Ərin qanadı atdır”

“İgidin məqsədi, muradı atdır”

“At sahibini basmaz”

“Atı olmayanın adı olmaz”

“Atan varkən şöhrət qazan, atın varkən yol qazan”

atalar sözü ilə türkmənlər atı, mədəniyyətin və həyatın hər sahəsinə daxil ediblər.

Burada türkmən atı Ahaltəkənin, yəni türkmən atlarının tarixi haqqında qısaca məlumat verməkdə fayda var. Türkmənistan yaxınlarında ən az 5000 il bundan qabaq Ahaltəkə atının əhliləşdirilmə prosesi elm adamları, tarixçiləri tərəfindən araşdırılmışdır. Ahaltəkə cinsinin ortaya çıxmasında, Kopetdağ coğrafiyası və iqliminin rolu böyükdür.

Türkmən Mədəniyyətində Atların Yeri

Kopetdağ yaxınlarındakı yerli xalq gözəl, zərif və sürətli qaçan bu atların xüsusiyyətlərini daha da gözəlləşdirmək üçün at yetişdirməyi bir sənət halına gətiriblər. Bu atların tam olaraq harada və nə vaxt evcilləşdirilməyə başlandığı haqqında müzakirələr davam edir. Qaradepedə atın ilk şəklinin tapılması burada evcilləşdirilməyə başlandığının ən bariz sübutudur. Bununla birgə Altındepe və Uluqdepe xarabalıqlarında b.e.ə. 3000-ci ilə aid at şəklində heykəllər tapılmışdır. Eyni zamanda Marquş Mədəniyyəti xarabalıqlarında da at heykəlləri tapılmışdır.

2000-ci ildə Qonurdepedə tapılan at skeleti, yanında düyüdən düzəldilmiş buynuzcuqlar, atları oynada bilmək üçün hazırlanmış saz alətləri, Ahaltəkə atlarının kəlləsi kimi görünən heykəlciklər var və bunlar arxeoloqlara görə b.e.ə. 2000-3000-cü illərə aiddir. Bu isə o dönəmdən bəri məşhur Ahaltəkə atlarının yetişdirilməyə başladığını göstərir.