Gülalek Annamuradova
10 ay əvvəl - 50 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Türkmənistan Cənubi Koreya ilə Əməkdaşlıq Proqramı İmzaladı

Seulda Türkmənistan Xarici İşlər Nazirliyi ilə Cənubi Koreya Xarici İşlər Nazirliyi arasında 2018-2020-ci illər üçün Əməkdaşlıq Proqramı imzalandı.

Türkmənistan Cənubi Koreya ilə Əməkdaşlıq Proqramı İmzaladı

Proqram, Türkmənistan Nazirlər Kabinetinin sədr müavini və Xarici İşlər naziri Rəşid Meredov başçılığındakı heyətin 2 aprel 2018 tarixli Cənubi Koreyaya rəsmi ziyarəti çərçivəsində imzalandı.

Rəsmi ziyarətdə, Türkmənistan Xarici İşlər naziri Rəşid Meredov ilə Cənubi Koreya Xarici İşlər naziri Kanq Kyunq-Wha arasında ikili görüşlər keçirilərək, iki ölkə arasındakı siyasi, ticari, iqtisadi, mədəni əlaqələr dəyərləndirildi. Ayrıca beynəlxalq təşkilatlar nəzdindəki münasibətlər və beynəlxalq mövzular danışıldı.

Görüşün sonunda Türkmənistan Xarici İşlər Nazirliyi ilə Cənubi Koreya Xarici İşlər Nazirliyi arasında 2018-2020-ci illər üçün Əməkdaşlıq Proqramına imza atıldı.

Mənbə: Atavatan Türkmənistan