Gülalek Annamuradova
1 il əvvəl - 45 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Türkmənistan Expo 2020 Sərgisinə Qatılacaq

Türkmənistan Expo 2020 Sərgisinə Qatılacaq

Atavatan Türkmənistan Xəbər Agentliyinin verdiyi xəbərə görə, Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Orazmurat Qurbannazarov, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil ediləcək EXPO 2020 sərgisinə qatılacaqlarını söylədi. 20 oktyabr 2020-ci il tarixindən 10 aprel 2021-ci il tarixinə qədər davam edəcək Dubai EXPO 2020 sərgisi “Zehinləri birləşdirmək, gələcəyi yaratmaq” şüarıyla keçiriləcək. Türkmənistanın bu sərgiyə qoşulması üçün EXPO 2020 Təşkilat Komitəsi ilə görüşlər davam edir.

Türkmən lider, Türkmənistanın bəhsi keçən beynəlxalq sərgidə yer almasının önəmli olduğuna diqqət çəkdi. Sərginin, Türkmən iqtisadiyyatındakı uğurları, mədəniyyət və tarixi mirası tanıdmaq üçün böyük önəm daşıdığını bildirdi.

Mənbə: Atavatan Türkmənistan Xəbər Agentliyi