Gülalek Annamuradova
10 ay əvvəl - 42 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Türkmənistan İlk Rübdə 6,2% Böyüdü

Türkmənistanda 2018-ci ilin ilk rübündəki statistikalara görə Ümumi Daxili Məhsulun (ÜDM) böyümə nisbəti: sənaye sektorunda 4.6%; sənaye və nəqliyyat sektorunda 10.5%; ticarətdə 7.6%; kənd təsərrüfatında 3.2% və xidmət sektorunda 10.1% nisbətində artım göstərdi.

Türkmənistan İlk Rübdə 6,2% Böyüdü

Keçən ilin eyni dönəmiylə müqayisədə, istehsal 4.1% nisbətində artdı.

Üç aylıq nəticələri izləyərək, pərakəndə ticarət gəlirinin həcmi, 2017-ci ilin eyni dönəminə görə 18.2% nisbətində artdı. İstehlak mallarının qiymətləriylə yanaşı əhali üçün xidmət tarifləri müəyyən edilən limitlər daxilində tutulmuşdur.

2017-ci ilin eyni dönəminə görə, ölkənin böyük və orta ölçülü obyektlərində ortalama maaş 9.3% artdı. İstehsal ixracatı isə keçən ilə görə 14.2% nisbətində artım göstərdi.

Mənbə: Türkmenistan Bugün