Türkmənistanda Özbəkistan Respublikasının Birinci Sənaye Sərgisi Keçirildi
Aşqabadda Ticarət-Sənaye müəssisəsinin Sərgi Mərkəzində Özbəkistan Respublikasının milli sənaye sərgisi keçirildi. 2018-ci ilin 29-31 mart tarixlərində keçirilən sərgi, Türkmənistanın Xarici İşlər Nazirliyinin dəstəyi ilə Ticarət-Sənaye Qurumu və UZEXPO Sərgi Mərkəzi tərəfindən təşkil edildi.

Sərgidə Özbəkistandan milli sənayenin çeşidli sahələrini təmsil edən təxminən 70 şirkət və iş adamlarından ibarət 250 nəfərlik heyət iştirak etdi.
Sərginin açılışına qatılan Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdimuhammedov, ilk dəfə belə bir sərginin keçirildiyini və bunun ikili əlaqələrə əhəmiyyətli təsir edəcəyini, özbək və türkmən sahibkarların ortaqlığını yeni bir səviyyəyə gətirəcəyini söylədi.
Özbəkistanın milli sənayesinin tanıtım günləri, 2017-ci ilin yazında Aşqabadda imzalanan 2018-2020-ci illər üçün iqtisadi əməkdaşlıq mövzulu görüş çərçivəsində keçirildi.
Uzun illərdir gərgin olan iki ölkə arasındakı əlaqələr Özbəkistan dövlət başçısı Şövkət Mirziyoyevin hakimiyyətə gəlməsiylə yenidən şəkillənməyə başladı. Mirziyoyev ilk xarici ziyarətini 2017-ci ilin martında Türkmənistana etmişdi.
Mənbə: Türkmənistan Xarici İşlər Nazirliyi