Türkmənistanda Sadəcə 160 Nəfərə Həcc İcazəsi
Türkmənistandan bu il sadəcə 160 müsəlman həccə gedəcək. Türkmən Dövlət Xəbər Agentliyi bu il bütün ölkədən sadəcə 160 müsəlmanın həccə gedəcəyini açıqladı.

Qərarın dövlət başçısı Qurbanqulu Berdimuhamedov tərəfindən imzalandığı bildirildi. Türkmən hacı namizədləri 17 avqust - 7 sentyabr tarixləri arasında həcc ziyarətlərini yerinə yetirəcək. Qərarda Türkmən Hava Yolları şirkətinə bu səfərləri həyata keçirmək təlimat da yer alır.