Türkan Hüseynova
1 il əvvəl - 1 Dakika, 2 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Xəzər Dənizinə Aid Olmayan Ölkələrin Xəzər Dənizinə Girişinə İcazə Verilməyəcək

Xəzər Dənizinə aid Olmayan ölkələrin Xəzər dənizinə girişinə icazə verilməyəcək.

Xəzər dənizinə aid olmayan ölkələrin Silahlı Qüvvələrinin gəmilərinin Xəzər Dənizinə girişinə icazə verilməyəcək. Xəzəryanı dövlətlər Xəzər dənizində üçüncü ölkələrin Silahlı Qüvvələrinin mövcudluğunun qarşısının alınması barədə razılığa gəlib. Bu barədə Rusiya Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsində deyilir.

Xəzər Dənizinə Aid Olmayan Ölkələrin Xəzər Dənizinə Girişinə İcazə Verilməyəcək


Konvensiya layihəsinin 3-cü maddəsində göstərildiyi kimi, Xəzər dənizinə tərəflərə aid olmayan Silahlı Qüvvələrin buraxılmaması prinsipi əsas tutulacaq, yalnız tərəflərin hər birinin bayrağı altında hərəkət etmək mümkün olacaq, tərəflərdən hansısa birinə məxsus hərbi gəmilər, sualtı gəmilər və digər nəqliyyat vasitələrinin digər tərəfin ərazi sularında limana yanaşmaq və lövbər salmaq hüququ olmayacaq, istisna kimi buna müvafiq icazənin olduğu vaxt və ya fövqəladə hallarda, qəza ilə üzləşən şəxslərə, dəniz və hava gəmilərinə yardım göstərilməsinə icazə veriləcək.

Mənbə: report.az