Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycanın paytaxtı Bakıda yerləşən teknixi elmlər və neft sənayesi istiqamətli dövlət universitetidir. Bundan əvvəlki adı Azərbaycan Dövlət Neft Akademiyası idi. Hal-hazırda ADNA-nın "Geoloji-kəşfiyyat mühəndisliyi", "Kompüter mühəndisliyi", "Hidrojeoloji mühəndisliyi", "Geofizika mühəndisliyi", "Mədən mühəndisliyi", "Neft-qaz mühəndisliyi, "Elektrik mühəndisliyi", "Elektronika, Telekomunikasiya və Radio mühəndisliyi", "Kimya mühəndisliyi" ixtisasları üzrə bakalavr və magistr proqramlarında 6000-dən çox tələbə təhsil alır.