Azərbaycan Milli Elmlər Akademiyası

Baku, AzərbaycanDövlət universiteti

Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycanda elmi və sosial elmlər sahəsində tədqiqat aparan önəmli dövlət tədqiqat mərkəzidir.
Akademiyanın 6 bölməsi var: fizika-riyaziyyat və texnika elmləri, kimya elmləri, biologiya və tibb elmləri, humanitar elmlər, Yer elmləri, ictimai elmlər bölməsi. AMEA-da 2 regional bölmə fəaliyyət göstərir: Naxçıvan Elmi Bölməsi, Gəncə Bölməsi; Şəki Regional Elmi Mərkəzi və Lənkəran Regional Elmi Mərkəzi.
Azərbaycan Milli Elmlər Akademiyasında 10 minə yaxın əməkdaş, o cümlədən 4939 nəfər elmi işçi, 664 elmlər doktoru, 2026 nəfər fəlsəfə doktoru çalışır. Akademiyanın 73 həqiqi üzvü və 114 müxbir üzvü var. Akademiya alimlərinin 604 kitabı, 4208 məqaləsi (2427-si impaktfaktorlu elmi jurnallarda dərc olunmuşdur) çap olunmuşdur. AMEA bir çox nüfuzlu beynəlxalq elmi təşkilatların üzvüdür, onun əməkdaşları MDB ölkələri, ABŞ, Yaponiya, İsrail, İsveçrə, İngiltərə, Almaniya, Pakistan, Türkiyə, İran və başqa ölkələrin aparıcı elm və təhsil müəssisələri ilə birgə proqram çərçivəsində tədqiqatlar aparır, kadr və informasiya mübadilələrində iştirak edirr.

Fakülteler