Bakı Avrasiya Universiteti

Baku, AzərbaycanÖzəl universitet

Bakı Avrasiya Universiteti 30 aprel 1992-ci ildə filologiya elmləri doktoru professor Nazım Hüseynli tərəfindən qurulmuşdur.
Bakı Avrasiya Universitetinin yaradılmasında əsas məqsəd çoxpilləli tədris prosesindəki xarici siyasət və beynəlxalq hüququn əsaslarına yiyələnməklə, ölkənin xarici ölkələrdəki səfirlik və konsulluqlarında, beynəlxalq təşkilatlarda fəaliyyət göstərmək potensiyalına malik mütəxəssislər, kadrlar, diplomatlar, sinxron tərcüməçilər, jurnalist və hüquqşünaslar yetişdirməkdir.
Bakı Avrasiya Universiteti beynəlxalq münasibətlər, beynəlxalq hüquq, beynəlxalq jurnalistika, beynəlxalq iqtisadi münasibətlər, sinxron tərcümə (ingilis, alman, fransız, ərəb, türk) və regional tədqiqatlar (ABŞ və Kanada, Avropa ölkələri, Orta, Yaxın və uzaq Şərq ölkələri) üzrə mütəxəssislər hazırlayır. Hazırda iki fakültədə 18 bakalavr, 13 magistr dərəcəsi var. Tələbələrin istəyinə görə üç xarici dildə təhsil verilir.
Universitet müxtəlif ölkələrin 50-dən çox universiteti, ali təhsil ocaqları, institutları ilə jurnalistika, dil, kompüter mühəndisliyi və birgə layihələrin həyata keçirilməsində elm-təhsil sahəsində təcrübə mübadiləsi aparır.

Fakülteler