Odlar Yurdu Universiteti 6 fakültə və 14 kafedradan ibarətdir. Universitetdə 165 akademik işləyir. Odlar Yurdu Universitetində aşağıdaki ixtisaslar üzrə kadrlar hazırlanır:
«Beynəlxalq iqtisadi münasibətlər», «Maliyyə və kredit», «Gömrüyün idarə edilməsi», «Yol hərəkətinin təşkili», «İbtidai təhsilin pedaqoqikası və metodları», «Hüquq», «Tibbi biologiya», «Tərcümə (ingilis dili)». Odlar Yurdu Universiteti Beynəlxalq Universitetlər Birliyinin üzvüdür.