Türkan Hüseynova
10 ay əvvəl - 1 Dakika, 21 Saniye
trazen
kk
ky
uz
ru
tk

Uşaqlar ikinci dili hansı yaşda daha tez öyrənirlər?

Uşaqlar ikinci dili hansı yaşda daha tez öyrənirlər?

Newsweek, dilçi alimlərin yeni araşdırmasına istinadən xəbər verir ki, uşaqlarda xarici dilin tədrisinə 10 yaşa qədər başlanılmalıdır. Yalnız bu yaşa qədər xarici dili öyrənməyə başlayanlar sonradan həmin dilin daşıyıcıları qədər səlis danışa bilərlər. 10 yaşdan sonra insan yalnız hər hansı bir səbəbdən dolayı bilmədiyi ana dilini mükəmməl öyrənə bilər. Uşaqlar xarici dilin qrammatikasını 17-18 yaşınadək yaxşı qavraya bilirlər. 

Nəticələr göstərir ki, uşaqlar 10 yaşından sonra da dili sürətlə öyrənə bilirlər, lakin onlar həmin dildə heç vaxt 100 faiz səlis danışa bilməyəcəklər. Çünki 17 yaşa qədər xarici dil öyrənməyin sürəti azalır.

Uşaqlar ikinci dili hansı yaşda daha tez öyrənirlər?


Araşdırmanın müəllifi, Massaçussets Texnoloji İnstititu Boston kollecinin professoru Joshua Hartshorne bildirdiyinə görə araşdırma uşaqların xarici dili yaşlılardan niyə daha yaxşı öyrənməsinin səbəbi barədə sualı cavablandırır. Araşdırmanı MTİ və Harvard universitetlərinin alimləri 670 min nəfər arasında sorğu keçirərək aparıblar. Bu, dilin öyrənilməsi barədə indiyədək aparılmış ən böyük araşdırmadır.

Alimlər bildirirlər ki, indi onlar xarici dili öyrənmək qabiliyyətinin yaş ötdükcə niyə azaldığını araşdırmaq istəyirlər. Ekspertlər deyirlər ki, bu, insanın biologiyası ilə bağlıdır, bəzilərinə görə isə buna səbəb bu yaşdan sonra həyatın başqa qayğılarının artmasıdır.

Mənbə: azadliq.org