Türkan Hüseynova
1 il əvvəl - 45 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Xərçəng xəstəliyinə daha bir müalicə üsulu


Bir çox ixtiraları ilə tanınan Bakı sakini Tahir Əliyev yeni qurğu ixtira edib. İxtiraçı yeni qurğusunun vasitəsi ilə prostat vəzi xərçəngindən əziyyət çəkən xəstələrini tam sağaltmaq mümkün olacağını iddia edir. Uzun illər prostat vəzi xəstəliyindən əziyyət çəkən Tahir Əliyev qurğunu elə ilk dəfə öz üzərində sınaqdan keçirdiyini deyib.


Xərçəng xəstəliyinə daha bir müalicə üsulu


T.Əliyevin dediyinə görə, xərçəng hüceyrələri 50 dərəcə tempraturda məhv edilə bilir. Həmin tempratur isə kanal vasitəsi ilə prostata ötürüldükdə digər hüceyrələr də ölə bilər. İxtira edilən yeni qurğu isə digər hüceyrələrə zərər vermədən istiliyi birbaşa xəstəliyin olduğu hissəyə ötürəcək. Bu isə baş qaldıran xərçəng hüceyrələrini birdəfəlik məhv edəcək.

Mənbə: www.axar.az