Türkan Hüseynova
1 il əvvəl - 1 Dakika
traz
en
kk
ky
uz
ru
tk

Yas məclislərində niyə halva yeyilir?


Yas məclisləri əzizlərini itirmiş insanlar üçün çox ağırdır. Bu cür çətin və böhranlı zamanda insanın yeməyə meyli olmur, iştahası kəsilir, nəticədə insanlarda qan şəkəri düşür və stress, hövsələsizlik, taqətsizlik kimi hallar meydana gəlir. Adətən yüngül stress keçirdən insanların yemək yeməyə meyli çox olur və yemək yemək onları sakitləşdirir. Lakin şiddətli stress zamanı bunun əksini müşahidə edirik. Bu cür insanlar günlərlə yeməkdən imtina edə bilirlər. Onlar daha az yemək yedikləri və maye içdikləri üçün bədənləri maye azlığı ilə üzləşir. Ona görə də qəm hissi daha da güclənir. Yas məclisində olan bu cür insanların halva və xurma kimi ərzaqlardan yeməsi qan şəkərini qaldırır və normaya gətirir.


Yas məclislərində niyə halva yeyilir?


Halva və xurmanın insan beyni üçün də bir çox faydaları var. Halva və xurma beyində olan və insana rahatlıq gətirən serotonin maddəsinin səviyyəsini yüksəldir. Beyində bu maddənin ifraz olması stressi azaldır. Ona görə də adət ənələrimizdə xüsusi yerə sahib olan halva tibbi faydası olan ərzaqlardan sayılır. 

Mənbə: www.ahlibeyt.ge