Yeni Doğulan Körpələr üçün Süni Ağciyər
Kanada və Almaniyanın elm adamları tənəffüs problemləri yaşayan yeni doğulan körpələr üçün xarici süni ağciyər yaradıb. Süni ağciyər xüsusi qaz və oksigen qarışığından deyil, havadan istifadə edir.

Yeni alət qanı oksigen ilə zəngin ikitərəfli məsaməli membranlardan ibarət olan mikrokanallar sistemini özündə birləşdirir. Cihazda qan nasosların köməyi ilə deyil, sərbəst şəkildə dövr edir və təzyiqin dəyişməsi nəticəsində qan hüceyrələrinin zədələnməsinin qarşısı alınır. Süni ağciyər qanın tərkibini həmcins saxlayaraq onun körpələrə yetərli miqdarda çatdırılmasını təmin edir.
Süni ağciyərlər yeni doğulan körpələrin orqanizminin bütün zəruri tələblərini ödəmək iqtidarındadır. Qurğunun dayanıqlılığını yüksəltmək və körpənin orqanizminə düşən yükü azaltmaq üçün fiziklər onun hazırlanmasında digər materialları da sınaqdan keçirməyi düşünürlər.
Mənbə: publika.az